x
Loading...

Salyan rayonunda su kanalında meyit aşkar edildi

.

Salyan rayonundakı su kanalında 1 nəfərin meyiti aşkar edilib.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Salyan rayonunun Qarabağlı kəndində su kanalında aşkar edilmiş 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1970-ci il təvəllüdlü Xəlilov Elçin Yadulla oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR