x
Loading...

"Adı portalda olanlar da SMS icazə almalıdır..." - DİN-dən AÇIQLAMA

.

"31 dekabr qeyri-iş günü olduğu üçün bəzi iş sahələri istisna olmaqla qalan şəxslər "SMS icazə"-dən istifadə etməlidir".

Metbuat.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib. Polis polkovniki yalnız bu sahədə çalışanların "SMS icazə"-dən istifadə etməyəcəyini qeyd edib:

"Bu gün qeyri-iş günü olduğu üçün portalda icazəsi olan şəxslər də "SMS icazə"-dən istifadə etməlidirlər. Kommunal xidmətlərdən, yəni qaz, su, işıq, istilik xidmətində çalışan şəxslərdən başqa hər kəs 3 saatlıq icazə sistemindən istifadəsi zəruridir. Qeyri-iş günü olduğu üçün qayda hər kəsə şamil edilir".

E.Zahidov mövcud qaydanın media nümayəndələrinə aid olub-olmaması məsələsinə də aydınlıq gətirib:

"İndi internet dövrüdür, jurnalistlər evdən də çalışa bilər. Lakin portalda icazəsi olan media işçilərinə məhdudiyyət təbiq edilməyəcək. Yalnız mütləqdir ki, icazəsi olan KİV işçiləri də Bakıdan kənara çıxmasın və həqiqətən peşə fəaliyyəti ilə əlaqədar olaraq şəhərdə vaxt keçirsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR