.

Əsrə bərabər ilin SON GÜNÜ - Nələr baş verdi?

.

2020-ci il və onun son günü Azərbaycan üçün yaddaqalan oldu. Bu il Azərbaycan əsl həmrəylik nümayiş etdirdi və 30 ilə yaxın həsrətində olduğumuz Qarabağa geri döndük. Əlbəttə bu yolda itkilərimiz də oldu. Bir sözlə sevinc və kədər göz yaşlarımızın bir-birinə qarışdığı ili başa vururuq.

2021-ci il də asan keçməyəcək. Qarşıda bizi həllini gözləyən məsələlər, böyük quruculuq gözləyir. Elə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu bir daha bəyan etdi. 2020-ci ilin son günü daha hansı hadisələrlə yadda qaldı?

Metbuat.az bununla bağlı hazırladığı qısa xülasəni təqdim edir:

- Trans Adriatik Boru kəməri (TAP) işə düşdü və tarixdə ilk dəfə Azərbaycan qazı Avropa bazarına çıxarıldı

- Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycana gəldi. Müdafiə Nazirliyində mərasim keçirildi. Mühüm mesajlar səsləndirildi.

- Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla FHN, Texniki Universitet, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ASAN Xidmət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Prokurorluq əməkdaşları, energetiklər, dəmiryolçular, kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs mükafatlandırıldı.

- "Vəkil günü” peşə bayramı münasibətilə 8 vəkil “Tərəqqi” medalı ilə təltif edildi.

- Üç nəfər “Xalq artisti” adı aldı.

- 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olundu.

- Prezident İlham Əliyev Türkiyə milli müdafiə naziri Hulusi Akarı qəbul etdi. Görüş zamanı prezident bir sıra mühüm məqamlara toxundu.

- Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat oldu.

- Qarabağda cəsədi tapılan erməni hərbçilərinin sayı 1135-ə çatdı.

- Vətən Müharibəsi Qəhrəmanlarına hər ay 2000 manat Prezident təqaüdü veriləcək.

- Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 1500 manatdan 1800 manata qaldırıldı.

- Şəhid ailələri və 20 Yanvar şəhidlərinin ailələri, Əfqanıstanda həlak olanların ailələrinə ödənilən müavinət 300 manatdan 500 manata çatdırıldı.

- Müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, həmçinin bu kateqoriyadan olan şəxslər, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 250 manatdan 400 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manatdan 350 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manatdan 300 manata çatdırıldı.

- İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 150 manatdan 300 manata çatdırıldı.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR