x
Loading...

2020-ci ilin ən bahalı transferləri açıqlandı - SİYAHI

.

Başa çatmaqda olan 2020-ci ildə edilən ən bahalı transferlərin siyahısı açıqlanıb.

Metbuat.az xəbər verir ki, siyahıda 10 oyunçu yer alıb.

İlk pillədə "Bayer"dən "Çelsi”yə keçən Kay Havertz qərarlaşıb. "Barselona”dan "Yuventus”a transfer olunan Artur Melo ikinci, "Napoli”nin "Lill”dən aldığı Viktor Osimhen isə ən üçüncüdü.

2020-ci ilin ən bahalı 10 transferi

1. Kay Havertz ("Bayer”dən "Çelsi”yə) – 80 milyon avro

2. Artur Melo ("Barselona”dan "Yuventus”a) – 72 milyon avro

3. Viktor Osimhen ("Lill”dən "Napoli”yə) – 70 milyon avro

4. Ruben Dias ("Benfika”dan "Mançester Siti”yə) – 68 milyon avro

5. Miralem Pyaniç ("Yuventus”dan "Barselona”ya) – 60 milyon avro

6. Bruno Fernandeş ("Sportinq"dən "Mançester Yunayted"ə) - 55 milyon avro

7.Timo Verner ("Leyptsiq”dən "Çelsi”yə) – 53 milyon avro

8. Ben Çiluell ("Lester Siti”dən "Çelsi”yə) – 50 milyon avro

9. Mauro İkardi ("İnter”dən PSJ-yə) – 50 milyon avro

10.Tomas Partey ("Atletiko"dan, "Arsenal"a) - 50 milyon avro


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR