x
Loading...
.

Türkiyədə koronavirusdan daha 239 nəfər öldü

Türkiyədə koronavirusdan daha 239 nəfər öldü
01:01 1 Yanvar 2021
Ölkə mətbuatı
A- A+
.

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 239 nəfər ölüb.

Publika.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 14 380 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 20 881, ağır xəstə sayı isə 3981 nəfər olub.

Nazir ölüm, ağır xəstə və yoluxma sayında azalma olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 208 652 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 100 650 nəfər sağalıb, 20 881 nəfər isə ölüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/341337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR