Tesla bu aydan "Model Y" avtomobillərinin satışını çoxaldır

Tesla şirkəti bu aydan Çində istehsal etdiyi "Model Y" SUV elektrik avtomobillərin satışına çoxaldır.

Metbuat.az xəbər verir ki, istehsalçısı dünyanın ən böyük avtomobil bazarında satışlarını genişləndirmək niyyətindədir.

Elektrik avtomobillər üçün böyük subsidiyalar təklif edən Çin, Teslanın qlobal benzin və ya dizel mühərrikli nəqliyyat vasitələrinin ətraf mühiti çirklənməsini azaltmaq strategiyasının açarı sayılır. Şirkət "Model 3" sedanlarını da istehsal etdiyi Şanxay avtomobil zavodunun fəaliyyətini belə genişləndirir.Oktyabr ayında "Model 3" avtomobillərinin artıq Avropaya idxalı başlanacaq.

İlkin məlumatlara görə, "Model Y" modelinin Çindəki başlanğıc qiyməti 339.900 yuandır (52.091.95 dollar). (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR