x
Loading...

2021-ci ildə nələr baş verəcək?

.

2021-ci ilin gəlişinə artıq sayılı günlər qalıb. Çin təqviminə görə, qarşıdan öküz ili gəlir.

Metbuat.az “teleqraf”a istinadən xəbər verir ki, tanınmış astroloq Səbuhi Rəhimli növbəti illə bağlı siyasi-ictimai proqnozunu bölüşüb.

O bildirib ki, 2020-ci illə bağlı təqdim etdiyi proqnozlardan ikisi səhv, ikisi qismən düz çıxıb, 21 proqnoz isə tam özünü doğruldub. Astroloq ənənəsinə sadiq qalaraq 2021-ci il üçün bəzi proqnozlarını verib:

“Bu proqnozların 8-i Azərbaycana aiddir, 17-si isə beynəlxalq arena üçündür.

İlk öncə deyim ki, 2021-ci ildə Azərbaycanda növbədənkənar heç bir seçki olmayacaq.

Məmurların ciddi kəsimi yenilənəcək. Bu il cəzalandırılacaq məmurların sırasında daha çox hüquq mühafizə orqanlarının əməkdaşları olacaq. Bura polis, prokurorluq və ədliyyə sistemində çalışanlar aiddir. Ötən il istefaya gedəcək məmurların episentri icra başçılarına düşəcəyini və il ərzində 20-yə yaxın icra başçısının istefaya gedəcəyin demişdim. Elə də oldu, təxminən 16 icra başçısı istefa verdi. Bəlkə də bu il ərzində bir neçəsi də çıxacaq.

İlin ilk dörd ayında (yanvar-aprel) ölkəmizdə hər hansı devalvasiya ehtimalı yoxdur. Bu barədə dövlət orqanlarında ciddi söhbətlər gedir, amma astroloji göstəricilər bunu inkar edir.

Xırda anti-terror əməliyyatların nəzərə almasaq, Qarabağda müharibə olmayacaq.

Rusiya, nə də Türkiyə Azərbaycanda hərbi baza qura bilməyəcək.

Azərbaycanla Ermənistan arasında ilk iqtisadi əməkdaşlığa zəmin yaranacaq.

İlk dəfə olaraq Azərbaycan üçün xarakterik olan xəstəliklərlə bağlı proqnoz verirəm. İl ərzində ölkə coğrafiyası üçün daha çox ürək-damar və dəri xəstəlikləri aktiv olacaq”.

Səbuhi Rəhimli növbəti ildə dünyada baş verəcək hadisələrin proqnozlarını da diqqətə çatdırıb:

“Payıza qədər dünyada böyük hərbi qarşıdurmalar olmayacaq. Konfliktlər təhdiddən o yana keçməyəcək.

ABŞ-ın yeni prezidenti Co Baydenin siyasi kursu martın ortalarından özünü göstərəcək. O, dünya düzəninə indiyə qədər olmayan fərqli çalarlar gətirəcək. Co Baydenin prezident seçkisində qalib gələcəyin demişdim. Amma Co Bayden prezident kürsüsündə tam 4 il oturmayacaq. Söhbət bunun 2021-ci ildə baş verəcəyindən getmir.

Rusiya son 8 ilin ən ağır dönəmini yaşayacaq. Vladimir Putinin öz hakimiyyətini qoruması çətin olacaq.

Avropa, xüsusən də Qərbi Avropa ölkələri öküz ilini iqtisadi fəlakət və siyasi enişlə başa vuracaq.

Latın Amerikası və Şimali Afrika ölkələrində, həmçinin Çində böyük siyasi qarşıdurmalara şahid olacağıq.

Əgər fevralın ortasına qədər Nikol Paşinyan hakimiyyətini qoruya bilsə, ilin sonuna qədər istefaya getməyəcək. Yəni hakimiyyətini qorumağı bacaracaq. O, yanvar və fevralın ilk yarısı hər an istefaya göndərilə bilər. Bu dövrü keçəndən sonra onun istefaya gedəcəyi, hakimiyyətin təhvil verəcəyi gözlənilmir.

Şimali və Cənubi Koreya arasında münasibətlərin istiləşməsinə şahidlik edəcəyik.

2021-ci il Rəcəb Tayyib Ərdoğan Administrasiyası üçün sınaqlarla, çətinliklərlə dolu il olacaq.

İl ərzində təbii fəlakətlərdən vulkan və zəlzələlər daha öndə gələcək. Bu, şəxsən mənim proqnozum deyil. Ümumiyyətlə, öküz ilinin tarixi xronologiyasını araşdıranda hansı hadisələrin xarakterik olub-olmadığı üzə çıxır. Elə illər var, müharibə mütləqdir, elə illər var qıtlıqdır, eləsi də var ki, bərəkətlidir. Öküz illərində vulkan və zəlzələlər daha aktiv olub.

Dünyada yeni güc mərkəzləri yaranacaq. Klassik siyasi ənənələri rədd edən yeni liderlər meydana gələcək.

Şimali Qafqazda, İranda və Hind Okeanı sahillərindəki ölkələrdə etnik münaqişələr kəskinləşəcək.

Koronavirus bəlası may ayından etibarən zəifləməyə doğru gedəcək. Əslində, astrologiya hər hansı bir xəstəliyə proqnoz verə bilmir. Çünki təməl nöqtəni bilmədən proqnoz vermək olmur. Əgər virusa yoluxan ilk insanın saatını, dəqiqəsini öyrənsək, bəlkə də virusun nə vaxt bitəcəyin demək olar. Başlanğıcını bilməsək bitəcəyi məlum olmur. Astrologiya dünyanın passiv və aktiv dönəmlərini hesablaya bilir. İndi dünya passiv dövrə gedir yəqin ki, yanvar-fevralda daha passiv, özünə qapanma və əlaqələrin kəsilməsi dövrü olacaq. Mayın sonundan əkizlər bürcü başlayandan dünya bir az passivlikdən aktiv dövrə keçəcək. Bunu nəzərə alıb paralellik aparıb demək olar ki, yəqin koronavirus bəlası yumşalmaya doğru gedəcək, nəticədə ölkələr arasında əlaqələr, turizm və digər sahələr inkişaf edəcək.

Ukrayna-Rusiya münasibətləri ilin ilk rübündə (yanvar-mart) daha kəskin xarakter alacaq. Hazırda bu gərginlik var.

Qazaxıstanla Rusiya arasında hərbi münaqişə və ya hərbi müdaxilə olmayacaq. Hazırda söhbətlər var ki, Rusiya Qazaxıstandan torpaq iddiasına düşüb. Onlar hətta Qarabağa girdikləri kimi, Qazaxıstan ərazisinə soxulmayacaq.

Fələstinlə İsrail arasında sülhə doğru ilkin və böyük addımlar atılacaq.

İl ərzində Avstriya, Qafqaz, Çin, Yaponiya, Tailand, Sibir, İrlandiya, Polşa, İraq, İran, Əfqanıstan, Avstraliya və İsveçrə aktiv bölgələr olacaq. Yəni bu ölkələr gündəmdə olacaq.

Öküz ilində dünyada gəmiçilik, dəmiryolu daha çox inkişaf edəcək. 2020-ci il ərzində daha çox hərbi təyyarə qəzaları oldu.

Unutmayaq ki, Tanrı ulduzlardan daha yüksəkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR