x
Loading...

Türk əsgərlərinin olduğu əraziyə dəhşətli hücum edildi - Xeyli sayda ölü və yaralı var

.

SomaliTürkiyəyə məxsus şirkətin işçilərinə qarşı terror hücumu olub.

Metbuat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, daha 4 türk isə yaralanıb.

Türkiyənin Xarici İşlər Nazirliyi Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan türk şirkətində çalışanları hədəf alan mənfur hücumu şiddətlə qınayıb, yaralananlara şəfa diləyib.

“Hadisə nəticəsində yaralanan 4 vətəndaşımızın sağlamlıq vəziyyətini yaxından izləyirik. Dost və qardaş Somali hökuməti və xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR