x
Loading...

Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi

.

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib.

Metbuat.az xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster bu mərhələdə erməni rəqibi üzərində 2,5, 1,5 hesabı ilə qələbə qazanıb.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR