x
Loading...

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq: Son 3 gündə...

.

Yaxın üç gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var.

Metbuat.az-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, qərb istiqamətli, 5-10 metr sürətli külək əsəcək, havanın temperaturu Aran rayonlarında, gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcə isti, dağlarda isə gecə 5 dərəcə şaxtadan 7 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında ayın 3-ü və 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12, arabir 15 metr sürətlə əsəcək. Havanın temperaturu gecə 5, gündüz isə 9-10 dərəcəyə yaxın isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 metr saniyə, gündüz saatlarında arabir 15 metr saniyə olacaq. Havanın temperaturu gecə 5-6 dərəcəyədək şaxta, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR