"Tarqovı" insan qaynayırdı:

Sərtləşdirilmiş karantin rejimi tətbiq olunsa da, ötən gün axşam saatlarında paytaxtın mərkəzi sayılan Nizami küçəsində insan sıxlığı yaranıb.

Xüsusilə sıxlıq virusun tüğyan etdiyi bu ərəfələrdə gözləniləndən artıq olub. Kimisi iş icazəsi ilə, kimisi isə sms icazədən istifadə edib şəhərə çıxıblar.

Lakin nəzərə almaq lazımdır ki, sərtləşdirilmiş karantin rejimin məqsədlərindən biri də məhz sıxlığın qarşısının alınmasıdır. Çünki virusun yayılma səbəblərinin başında elə insanların sıx toplaşması dayanır.

Dünən axşam saatlarında şəhərin mərkəzində əməlli-başlı insan sıxlığı yaşanıb. Valideynlər övladları ilə, gənclər isə dostları və yaxınları ilə gəzintiyə çıxıblar

Sıxlıq o qədər çox olub ki, hətta bəzi hallarda ara məsafəsi də pozulub.

Daha ətraflı sujetdə:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR