x
Loading...
.

Ermənistan türk məhsullarını İran malları ilə əvəz edir

.

Ermənistan Türkiyə məhsullarını İran malları ilə əvəz edəcək.

Metbuat.az xəbər verir ki, bunu İranın Ticarətin Təşviqi Təşkilatının rəsmi nümayəndəsi deyib. Bildirilib ki, Ermənistan 2250 adda türk malını İran məhsulları ilə əvəzləmək niyyətindədir.

"Bu, iranlı istehsalçılar üçün yaxşı bir fürsətdir", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, yanvarın 1-dən Ermənistanda türk mallarının idxalına 6 aylıq müvəqqəti qadağa qüvvəyə minib. Qərar oktyabr ayında verilsə də, ticarət şirkətlərinə türk məhsullarını əvəz edə bilmələri üçün vaxt verilib.

Ermənistan son illərdə Türkiyədən təxminən 250 milyon dollarlıq mal idxal edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR