x
Loading...

Paşinyan Rusiya baş nazirinin müavinindən yardım istədi

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan görüşün gedişatında Ermənistan-Rusiya qarşılıqlı əlaqələrinin müzakirəsi kontekstində Overçukun səfərinin əhəmiyyətini qeyd edib.

Paşinyan və Overçuk Dağlıq Qarabağda yaranmış vəziyyəti, humanitar yardımı müzakirə ediblər. Ermənistanın baş naziri Rusiya rəsmisi ilə həmçinin erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb. Hökumət rəsmiləri eləcə də Ermənistan-Rusiya əlaqələri məsələsi ətrafında müzakirələr aparıblar.

Ermənistanın baş naziri və Rusiya Federasiyasının baş nazirinin müavini energetika, nəqliyyat, ikitərəfli əlaqələri nəzərdən keçiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR