Teymur Rəcəbov Aronyanı məğlub edib çempion oldu

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn təşkil olunan “Airthings Masters” turnirinin final matçı keçirilib.

Metbuat.az xəbər verir ki, final mərhələsinin ikinci görüşündə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bununla da şahmatçımız turnirin qalibi olub.

Qeyd edək ki, ötən gün baş tutan birinci matçda T.Rəcəbov erməni rəqibini 2,5:1,5 hesabla məğlub etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR