x
Loading...
.

İranda son sutkada 110 nəfər koronavirusdan ölüb

.

İranda ötən sutka ərzində 110 nəfər koronavirusdan (COVID-19) ölüb.

Metbuat.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55650 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6073 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1249507 nəfərə çatıb. Virus daşıyıcılarından 4901 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1020737 nəfər koronavirusdan sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR