Azərbaycanda ağır qəza - Ölən və yaralılar var

.

Beyləqan rayonunun İkinci Aşıqlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanvarın 3-də saat 20 radələrində, Beyləqan rayonu İkinci Aşıqlı kəndinin ərazisində Zərdab rayon sakini X.Məmmədzadə idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.

Nəticədə sərnişinlərdən Emil Salıyev hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR