x
Loading...

Bu ərazi də Azərbaycana qaytarılır - Ermənilər təşvişdə

“Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”.

“Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloqlarından Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib.

“Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq”, - deyə o, əlavə edib.

O, həmçinin erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan sistemli şəkildə çəkilməsi prosesindən də söz açıb.

“Şurnuxun Sovet dövründə hansı ölkənin bir hissəsi olduğunu müzakirə etdiyimiz zaman, xain Nikol qoşunları Dağlıq Qarabağdan çıxarır. Uşaqları məzuniyyət bəhanəsi ilə Ermənistana gətirilir və sonra onlara deyilir ki, azərbaycanlılar əsgərlərin xidmət yerlərinə qayıtmasına icazə vermirlər. Və bu, mütəmadi olaraq təkrarlanır”, - deyə o, bildirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR