ABŞ Prezidenti Donald Tramp, ABŞ-da prezident seçkiləri üçün "həqiqi" səsvermə rəqəmlərini təqdim edəcəyinə söz verib.
Metbuat.az məlumat verir ki, bu barədə Tramp Twitter hesabında yazıb.
“Seçicilərin səs sayının hesablanması yekunlaşmayıbsa seçki necə təsdiq edilə bilər? Gerçək rəqəmləri bu axşamkı çıxışım zamanı görəcəksiniz, xüsusilə 6 yanvardakı çıxışım zamanı biləcəksiniz. Respublikaçıların müsbət və mənfi tərəfləri var, amma bir şey dəqiqdir ki onlar heç vaxt unutmurlar! " - ABŞ prezidenti Tramp yazıb.