Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə bağlı QƏRAR VERİLDİ

9 noyabr tarixində Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistan istiqamətində yanlışlıqla zərərsizləşdirilən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterlə bağlı ilkin istintaq başa çatıb.

Metbuat.az bildirir ki, 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı qəza səbəbilə Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi əsasında məhkəmə prosesinin başladılmasına qərar verilib.

Qeyd edək ki, olaydan sonra Azərbaycan Rusiyadan üzr istəmiş və kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi. Hadisə iki ölkə arasında diplomatik yolla həll olunmuşdu./Publika.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR