Braziliyada koronavirusa yoluxanların sayı 7,75 milyon nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 20 006 nəfər yoluxub.

Metbuat.az-ın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 753 752 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 543 nəfər ölüb, ölənlərin ümumi sayı 196 561 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR