x
Loading...

Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb? -

Ötən gündən etibarən sosial şəbəkələrdə oktyabrın 5-də Qusar rayonu Həsənqala kəndində dəfn edilmiş şəhid İsmayılov Orxan Qədim oğlunun qəbirüstü abidəsinin hələ də qoyulmaması məsələsi müzakirə edilir.

Metbuat.az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı Qusar rayon icra başçısının ictimai-siyasi məsələlər üzrə müavini Elman Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, rayonda şəhidlərin məzar daşlarının hazırlanması prosesinə dekabrın 5-dən başlanıb:

“Həmin tarixdən etibarən başdaşları sifariş verilib. Rayona sonuncu, 32-ci şəhid keçən həftə gəlib. 32 şəhidin hamısının qəbirüstü abidələri sifariş verilib. Onlardan 5-nin artıq mərməri qoyulub. Yerdə qalanların da beton işləri yekunlaşıb. Digərlərinin də qəbirüstü abidələri yanvarın 18-nə kimi hazır olacaq. Hər bir şəhid ailəsinə abidələrin ilkin variantları göstərilib. Onların istəyinə uyğun olaraq məzar daşları hazırlanacaq.

Həmin şəklə baxan adam görür ki, məzara beton hissə vurulub, deməli, abidə hazırlanır. Bunu xüsusi ajiotajla ictimailəşdirmək düzgün deyil. Prosesin gec başlamasına səbəb isə odur ki, abidələrin hamısının bir qaydada olmasını istədik. Ona görə də sifarişləri bir adama verdik. Heç kimin, o cümlədən də dövlət məmurlarının şəhidə hörmətsizlik etməyə haqqı çatmır. Bizim bir nömrəli borcumuz onların qayğıları ilə məşğul olmaqdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR