İranda ötən sutka 98 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.

Metbuat.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55748 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6113 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1255620 nəfərə çatıb. Virus daşıyıcılarından 4829 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1029028nəfər koronavirusdan sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR