x
Loading...
.

“Qalatasaray” 7 qollu oyunda uduzdu

.

Bu gün futbol üzrə Türkiyə Superliqasında 17-ci tura start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

Belə ki, “Yeni Malatyaspor” klubu “Sivasspor”la 2:2 hesablı heç-heçə edib. Digər oyunda isə “Qaziantep” komandası “Ankaragücü” klubuna 2 cavabsız qolla qalib gəlib.

Çempionluğa iddialı "Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub. Gərgin mübarizə şəraitində keçən matç meydan sahiblərinin 4:3 hesablı qələbəsilə yekunlaşıb. Beləliklə, 7 qol vurulan görüşdən İstanbul təmsilçisi məğlub ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR