x
Loading...
.

ÇİN ÜST nümayəndələrini ölkəyə buraxmadı - Yeni Qalmaqal

.

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyini öyrənmək üçün bu ölkəyə getməli olan mütəxəssislərinə lazımi icazə sənədlərini hələ də verməyib.

Metbuat.az xəbər verir ki, bu barədə ÜST-ün rəhbəri Tedros Adan Qebreyesus bildirib.

Daha əvvəl ÜST-ün mətbuat xidmətindən elan olunmuşdu ki, ekspertlər qrupu Çinə yanvarda yola düşəcəklər.

"Bu gün Çin səlahiyyətlilərinin heyətin ölkəyə girməsi üçün lazımi icazə sənədlərini hələ dəvermədiyini öyrəndik. Bu qrupun iki üzvünün artıq getdiyini, qalanlarının səfərini son anda təxirə saldıqlarını nəzərə alaraq bu xəbərdən çox məyus oldum", - deyə Qebreyesus söyləyib.

Onun sözlərinə görə, nüfuzlu Çin rəsmiləri ilə daha əvvəlki söhbətində bu missiyanın ÜST üçün əsas prioritet sayıldığını bildirmişdi. (qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR