x
Loading...

Xaricdən mal sifariş verənlərin nəzərinə - SİSTEM ÇÖKDÜ

.

Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayan e.customs.gov.az portalı vasitəsilə bəyan etmək mümkündür.

Metbuat.az xəbər verir ki, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir.

Vətəndaşlar sifariş verdikləri malların bəyannaməsini yazmaq üçün e.customs.gov.az portalına daxil olmaq istəsə də, böyük çətinliklərlə üzləşiblər. Belə ki, bir çox şəxslər bu portalın qeydiyyat bölməsindən keçərək sadələşdirilmiş bəyannamə yaza bilməyiblər.

Dövlət Gömrük Komitəsindən məsələ ilə bağlı bildirilib ki, “Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində texniki problemlər yaranıb:

"Hazırda mütəxəssislər tərəfindən müvafiq tədbirlər görülür və yaxın saatlarda problem aradan qaldırılacaq. Yaranan müvəqqəti çətinliyə görə üzr istəyirik".(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR