Rusiyada son sutkada 24 min nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 24 217 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az bildirir ki, bunula ölkədə COVID-19-a yoluxanların 3 308 601 nəfərə çatıb.

Son sutka ərzində 445 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 59 951 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR