x
Loading...

Yanvar ayında 190 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

.

Xəbər verdiyimiz kimi dekabrıbın 14-dən yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edildiyinə görə işsizlərə 190 manat birdəfəlik müavinət verildi. Sərt karantin rejiminin yanvarın sonuna kimi uzadılması ilə bağlı iddialar var. Sərt karantin rejimi uzadılarsa yanvar ayında da 190 manat birdəfəlik müavinət verilə bilərmi?

Metbuat.az bildirir ki, bununla bağlı "Sonxeber.az"-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bu barədə hələlik rəsmi heç bir məliumat yoxdur:

"Bilirsiniz ki, karantin rejimi ilə bağlı qərarları Operativ Qərargah verir. Hələlik yanvarın 18-nə kimi sərt karantin rejimi davam edir. Yanvar ayında 190 manat birdəfəlik müavinət verilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR