"Neftçi" - "Kəpəz" matçının məkanı və saatı açıqlandı

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun məkanı və başlanma vaxtı müəyyənləşib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun komandası yanvarın 10-da "Kəpəz”lə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə görüşəcək.

Saat 15:00-da başlayacaq matçın "Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.

Xartırladaq ki, "Neftçi”nin ikinci sınaq matçı ayın 14-də "Keşlə”yə qarşı olacaq. Ancaq bu görüşün məkanı vəı başlanma saatı hələ bilinmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR