Azərbaycanda bələdiyyə sədrinin meyidi tapıldı -

Göyçay rayon sakini İsmayıllıda müəmmalı şəkildə ölüb.

Metbuat.az xəbər verir ki, Göyçay rayonu Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyiti bu gün İsmayıllı rayonu İvanovka kəndi ərazisindən tapılıb.

Onun dostları ilə İsmayıllıya getdiyi bildirilir. Ramil Yusifovun hansı səbəbdən öldüyü hələ ki, dəqiq məlum deyil. Gənc bələdiyyə sədrinin meyiti Göyçaya gətirilib. Ölümün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra bilinəcək.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR