x
Loading...
.

Bakıda avtomobil mağazaya çırpıldı - Sürücü ağır yaralandı - FOTO

.

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, "Toyoto" markalı nəqliyyat vasitəsi yüksək sürətlə hərəkətdə olan zaman "VAZ 2107" markalı maşına çırpılıb. "Toyoto" daha sonra çılçıraq mağazasına çırpılıb.

Qəza nəticəsində "Toyoto"nın sürücüsü ağır xəsarət alıb.

Yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

“Toyoto”nın sürücüsü, 1971-ci il təvəllüdlü Əhmədov Elxan Sərvər oğlu başın çoxsaylı kəsilmiş yaraları və sol əl barmaqlarının açıq sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Eyni zamanda həmin avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Əhmədzadə Ceyhun Əvəz oğlu alının əziyi xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR