x
Loading...

ABŞ-da fövqaladə vəziyyət rejimi 15 gün UZADILDI

.

Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bunu Vaşinqton polisinin rəhbəri Robert Konti bildirib. Bundan əvvəl Konqres binası qarşısında polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib. R. Konti deyib ki, Konqres binası yaxınlığında qarşıdurma zamanı daha 3 nəfər ölüb.

Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.

Vaşinqton meri Muriel Brauzer Prezident Donald Trampı dəstəkləyən aksiyalara görə fövqəladə vəziyyət rejiminin müddətini 15 gün uzadıb.

Merin göstərişinə əsasən, fövqəladə vəziyyət yeni seçilmiş prezident Co Baydenin konstitusiyaya uyğun olaraq 20 yanvar tarixinə təyin olunmuş andiçmə mərasiminə qədər davam edəcək.

Qeyd edək ki, dünən Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar. Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

Mənbə: “RİA Novosti”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR