x
Loading...
.

Yaponiyada bir aylıq fövqəladə vəziyyət elan edilib

.

Yaponiyanın Böyük Tokio paytaxt regionunda koronavirusun sürətlə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Metbuat.az bildirir ki, bunu ölkənin Baş naziri Yosihide Suqa deyib. O bildirib ki, fövqəladə vəziyyət bir ay davam edəcək və Tokio paytaxt regionuna daxil olan, 37,2 milyon əhalinin yaşadığı Tokio, Kanaqava, Saitama və Tiba prefekturalarını əhatə edəcək.

Fövqəladə vəziyyət rejimi yanvarın 8-dən fevralın 7-dək qüvvədə olacaq.

Qeyd edək, Yaponiyada pandemiya ilə bağlı vəziyyət noyabrdan etibarən daha da pisləşməyə başlayıb. Yanvarın 6-da isə ölkədə gündəlik yoluxma rekordu (6 001 nəfər) qeydə alınıb.

Bugünədək Yaponiyada koronavirusa yoluxanların sayı 260 min nəfəri, ölənlərin sayı 3,8 min nəfəri keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR