x
Loading...

İranda ötən sutkada koronavirusdan 103 nəfər ölüb

.

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 103 nəfər ölüb.

Metbuat.az bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 55 993 nəfərə çatıb. Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 360 nəfər koronavirisa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 268 263 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 4 745 nəfərin vəziyyəti ağırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR