Sony mağazalarını bağlayır

Sony mağazalarını bağlayır
13:05 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Sony şirkəti Kanadada yerləşən ticarət nöqtələrini bağlayır. Bu haqda CTV telekanalı məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yapon korporasiyasının Kanadada yerləşən nümayəndəliyindən bildiriblər ki, şirkətin Vankuver, Toronto, Ottava, Monreal və Kvebekdəki bütün 14 mağazası 6-8 həftə ərzində bağlanacaq. 90 əməkdaş ixtisar ediləcək.
 
Sony nümayəndələri öz pərakəndə nöqtələrinin bağlanma səbəbini açıqlamayıblar.
 
Bundan əvvəl Sony şirkəti Kanadada artıq bir neçə mağazasını bağlayıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/319363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR