.

Sülhməramlılar erməni rəsmilərini Xankəndinə qoymayacaq? - AÇIQLAMA

.

''Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda özbaşına hərəkətləri, burada humanitar sahədə fəaliyyətləri və Ermənistan rəsmilərinin Xankəndinə gəlməsi prezident İlham Əliyevin açıq şəkildə etiraz etməsinə gətirib çıxardı''.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə verib. O deyir ki, Azərbaycan Rusiya ilə Dağlıq Qarabağda sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı memarandum bağlamaq niyyətindədir.

''Sülhməramlıların fəaliyyəti dəqiq göstərilməlidir. Çünki hazırkı fəaliyyət sülhün təmini deyil, vəziyyəti mürəkkəbləşdirməyə doğru aparır. İlham Əliyevin verdiyi mesajlar da bu xüsusdadır. Yaxın müddətdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə aydınlıq gələcək. Ola bilər ki, onların hazırkı sərbəst fəaliyyəti mümkün olmasın. Qeyd edim ki, prezident İlham Əliyevin Ermənistan xarici işlər nazirinin Xankəndinə gəlməsi ilə əlaqədar mövqeyi Ermənistan və Rusiyaya mesajdır''.

Əgər onlar Xankəndinə gəlmək istəyirlərsə bu Azərbaycanın icazəsi ilə həyata keçirilə bilər. Əks təqdirdə Laçın dəhlizində Azərbaycan əsgərləri onları qarşılayacaq...

Məhəmməd Əsədullazadə vurğuladı ki, bundan sonra Ermənistan rəsmiləri Xankəndinə gəlməyə cürət etməyəcəklər.

''İlham Əliyevin bu bəyanatı sıradan deyil. Burada ciddi təzyiq mexanizmi var. Rusiya sülhməramlı qüvvələri də Ermənistan rəsmilərinin Xankəndinə gəlişinə icazə verməyə bilər.

Demək, bununla da Xankəndində separatçıların izolyasiyası davam edəcəkdir. Laçın dəhlizi Azərbaycanın ərazisidir və burada Azərbaycanın post qurması mümkün ssenarilər sırasındadır''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR