Van Nistelroy baş məşqçi oldu

Niderland millisinin sabiq futbolçusu Ruud van Nistelroyun yeni iş yeri məlum olub.

Metbuat.az xəbər verir ki, keçmiş hücumçu yeni mövsümdə PSV klubunun U-21 komandasına baş məşqçilik edəcək. Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Real”, “Hamburq”, “Malaqa”, PSV kimi klublarda çıxış edən Nistelroy, son olaraq Niderland yığmasında köməkçi məşqçi kimi çalışırdı.

Nistelroy futbolçu kimi Niderland yığmasında 70 oyuna 35 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR