Trampın müşaviri istefa verdi

ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya üzrə baş direktoru Brayan Tulli istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Bloomberg” və CNN məlumat yayıb.

Bildirilir ki, Tulli dünən Kapitolidəki hadisələrdən sonra vəzifəsindən imtina edib.

Xatırladaq ki, bundan əvvəl prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Mett Pottincerin də istefa verdiyi açıqlanmışdı. KİV milli təhlükəsizlik müşaviri Robert O'Brayenin də istefa verəcəyini yazır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR