Braziliyada koronavirusdan ölüm sayı 200 mini keçib

Braziliyada son sutka ərzində daha 87 843 nəfərin koronavirus infeksiyasına yoluxması, 1524 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 7 961 673 nəfər yoluxub. Bu müddət ərzində 200 498 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 096 931 xəstə müalicə olunaraq sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR