x
Loading...
.

İspaniyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb

.

İspaniyada epidemiyanın əvvəlindən bəri təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 2 milyonu keçib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Mart ayından indiyədək rəsmi olaraq COVID-19-a 2 024 904 yoluxma qeydə alınıb. Halbuki, dekabr ayının ortalarında yayımlanan antikor üzrə ümummilli araşdırmaya görə, bu zamana qədər ölkədə hər on nəfərdən biri bu virusa yoluxub. Son yeddi gündə 76 mindən çox yoluxma müşahidə edilib, son iki həftədə isə - təxminən 151 min nəfər. Bu da epidemiyanın yayılmasında yeni bir artım olduğunu göstərir.

Ölkədə epidemiyanın əvvəlindən indiyədək təxminən 51,7 min nəfər bu virusun qrubanına çevrilib, onlardan 530 nəfəri təkcə son bir həftə ərzində həyatını itirənlərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR