x
Loading...

Azərbaycanda bu tarixdən maska taxmaq LƏĞV EDİLƏ BİLƏR? - AÇIQLAMA

.

Azərbaycanda gündəlik yoluxma sayında xeyli azalma müşahidə olunur. Artıq gündəlik yoluxanların sayı 4000-dən 700-ə düşüb. Sağalanların sayı da yoluxanlardan 3 dəfə çoxdur. Qeyd edək ki, yaxın günlərdə Azərbaycanda vaksinasiya da başlayacaq. Vaksinasiyanın yoluxma sayını minumuma endirəcəyi gözlənilir. Bu gün hər kəsi maraqlandıran sual maskadan nə zaman canımızın qurtulacağı ilə bağlıdır. May ayına kimi Azərbaycanda maska taxmaq məcburiyyəti aradan qaldırıla bilərmi?

Metbuat.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, karantin rejiminin sonuna qədər qaydalara əməl edilməli və maska taxılmaldır:

"Nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya ilə bağlı son zəng vurulmayıb, maskanın taxılması vacibdir. Biz artıq maska taxmağı adət etməliyik. Qabaqdan yaz fəsli gəlir. Yenə qrip kimi infeksion xəstəliklər aktivləşəcək. Yavaş-yavaş biz bu məsələlərə öyrəşməliyik. İnsan görürsən ki, qripdir, burnu axa-axa maska taxmır, hamını da xəstələndirir. Maskaya artıq mədəniyyət nümunəsi kimi baxılmalıdır. Mən demirəm ki, hamı maska taxmalıdır. Ən azı infeksion xəstəliyi olan insanlar maskadan istifadə etməlidirlər. Düzdür, insanlar pandemiyadan bezib, maska artıq vətəndaşlarımızda qıcıq yaradır. Lakin unutmayaq ki, 44 günlük Vətən müharibəsi gedən zaman maska taxılmadığına görə yoluxma yüksək həddə çatdı. Düşünürəm ki, vaksinasiya uğurlu nəticələr versə, yəqin ki, bir neçə aya pandemiyanın söndüyünü görəcəyik. Gündəlik yoluxmaların sayında da xeyli azalmalar var. May ayına kimi maskalardan canımızı qurtara bilərik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR