x
Loading...

İşğaldan azad edilmiş ərazilərdə müasir sosial infrastruktur qurulacaq

.

"2020-ci il Prezident, Ali Bas komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq".

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən iclasda bildirib.

İclas Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə dövlət başçısının sosial sahə ilə bağlı verdiyi tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunub.

Nazir diqqətə çatdırıb ki, 2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramları əhəmiyyətli dərəcədə genişlənib. Müşavirədə də dövlət başçımız keçən il sosial sahə ilə bağlı çox böyük işlər görüldüyünü qeyd edərək deyib: “Bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib”.

S.Babayev bildirib ki, ötən il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, artıq yaxın günlərdə bu planın icrası tam başa çatacaq: "Dövlət başçısı bu proqramın cari ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib. Bu tapşırığın icrası ilə bağlı işlər Nazirlik tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək".

Ötən il özünüməşğulluq proqramının daha da genişləndirilərək 12 min şəxsi əhatə etdiyini deyən nazir 2021-ci il üçün proqrama bundan daha çox olmaqla 16 min şəxsin cəlb olunmasının planlaşdırıldığını bildirib.

O, ötən il daha bir DOST mərkəzinin, müasir tələblərə uyğun qurulmuş 6 reabilitasiya müəssisəsinin açıldığını deyib. Ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə yaralanmış qəhrəman insanlarımızın müalicə tədbirlərindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir reabilitasiya sistemi yaradıldığını qeyd edib.

S.Babayev Nazirliyin e-arayış xidmətlərinin sayının daha da artaraq 61-ə (o cümlədən proaktiv xidmətlərin sayının 34-ə) çatdığını deyib, son bir ildə 95 min pensiya, müavinət, təqaüd təyinatının elektron qaydada, proaktiv şəkildə aparıldığını, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirildiyini diqqətə çatdırıb. O, bu il də qeyd edilən istiqamətlərdə yeni mühüm işlərin aparılacağını vuğulayıb.

İclasda dövlət başçısının tapşırıqlarının icrası olaraq görüləcək işlər ətraflı müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR