x
Loading...
.

Qarabağ bölgəsində öncə təhlükəsizlik qurumlarının bərpasına ehtiyac var - DEPUTAT

.

Qarabağa qayıdışın astanasındayıq. Azərbaycan əsgərinin canı-qanı bahasına işğaldan azad edilən torpaqlara yeni nəfəs gəlib. Biz o nəfəsə yeni çəkilən yolla bir addım daha yaxınlaşırıq. Yeni çəkilən elektrik və qaz xətti ilə daha çox isinməyə və işıqlanmağa başlayırıq. Qurulan kommunikasiyalar sayəsində ünsiyyət və əlaqə zəncirvari xətt üzrə fəaliyyətə başlamaqdadır.

Azərbaycanın güc strukturları azad edilmiş rayon və şəhərlərdə şöbələrini açıb.

Bəs Xankəndi, Xocalıda güc strukturlarının qurulması nə vaxt reallaşacaq?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsi bütövlükdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” terminini həm öz leksikonumuzdan, həm də beynəlxalq leksikondan çıxarmağa nail oldu:

“Azərbaycan 1991-ci ildən sonra əldə etdiyi müstəqillik illərindən bu günə ilk dəfədir ki, öz ərazisinin bütün hüquqlarını bərpa etdi. Buna görə də hazırkı mərhələdə Azərbaycanın yerli və mərkəzi İcra hakimiyyəti strukturlarının azad olunmuş ərazilərimizdə bərpa olunması prosesi gedir və idarəetmənin təşkili, təhlükəsizliyimizin bərpa prosesi ilə bağlı çox ciddi addımlar atılır.

Biz artıq bilirik ki, hansı ərazilərimizdə Azərbaycanın təhlükəsizlik qurumlarının və icra strukturlarının yeni şöbələri bərpa olunur və bu proses get-gedə daha da dərinləşəcək. Çünki imzalanmış üçtərəfli bəyənnamədə qarabağla bağlı heç bir status nəzərdə tutulmayıb. Eyni zamanda, Azərbaycanın tam suveren hüquqlarının bərpasından söhbət gedir ki, hazırda biz bu prosesi müşahidə edirik”.

Hikmət Babaoğlunun sözlərinə görə, yaşananları sadəcə alqışlamaq lazımdır. Çünki bu, çox böyük tarixi hadisədir:

“Önümüzdəki mərhələdə yəqin ki, Azərbaycan dövlətinin suveren hüquqlarını bütün ərazilərimizdə tam şəkildə, hər qarış torpağımızda bərqərar olmasına şahidlik edəcəyik. Dağlıq Qarbağ ərazisi ən çox militarizə olunmuş, hərbiləşdirilmiş ərazi idi. Hər kvadrat metri müxtəlif silah və sursat növü ilə nəzarət altında saxlanılırdı. Şübhəsiz ki, bu cür ərazidə xüsusən də 30 il işğal altında qaldıqdan sonra ilk növbədə təbii ki, müvafiq təhlükəsizlik qurumlarının bərpasına ehtiyac var. Sonrakı mərhələdə artıq digər bənzər idarəetmə strukturlarının formalaşdırılmasının və onların fəaliyyətinin təmin olunmasına ehtiyac yaranacaq. Hazırkı mərhələdə ən optimal addımlar bunlardır və bu cür addımlar atılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR