.

Alimlər uzanan COVID-19 xəstəliyini necə müəyyənləşdirməyi AÇIQLADI

.

Böyük Britaniyanın Milli Səhiyyə və Qulluq İnstitutunun (NICE) alimləri koronavirusun uzanan mərhələyə keçə biləcəyini rəsmən təsdiqləyiblər, habelə onu tanımağa kömək edəcək simptomları sadalayıblar.

Metbuat.az “report”a istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, uzanan COVID-19 12 həftədən çox davam edə bilər.

Üstəlik, simptomlar siyahısı çox dəyişdiyindən diaqnoz qoymaq da son dərəcə çətindir. Belə ki, xəstədə döş qəfəsində ağrılar, davamlı halsızlıq və öskürək ola, ürək döyüntüsü arta bilər.

Alimlər belə vəziyyətdə insanın nevroloji simptomlar göstərə biləcəyini qeyd edirlər. Bu kimi simptomlara misal kimi də yuxu pozğunluğu və ya başgicəllənmə göstərilir.

Bundan əlavə, uzanan COVID-19 diaqnozu təsdiqlənmiş xəstələr mədə-bağırsaq problemləri, əzələ və oynaqlarda ağrı və dəri səpkiləri barədə məlumat veriblər. Bütün bunlar koronavirusa yoluxmuş pasiyentdə xəstəliyin ən ağır dövrünün geridə qaldığı və virusa qalib gəlindiyi düşünüldüyü halda belə, uzun müddət özünü göstərə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR