Dr. Sevgi Ekiyor: "Millionaire Concept Network-də yer alan şəxslərin fəaliyyəti geniş auditoriyaya təqdim olunur"

.

"İnstaqram"da böyük auditoriyaya malik "Millionaire Concept Network"un layihəsi "HereWeAre" bu dəfə izləyiciləri Türkiyənin tanınmış estetik həkimi Dr. Sevgi Ekiyorla tanış edib.

Canlı yayımda Aqil Məmiyevin suallarını cavablandıran peşəkar həkim deyib ki, bu sahədə çalışmaq onun ən böyük arzusu olub. Sevgi Ekiyor vurğulayıb ki, həkim olduğu üçün özünü çox xoşbəxt hiss edir.

İştirak etdiyi beynəlxalq təbirlər və qazandığı mükafatlar barədə danışan tanınmış həkim qeyd edib ki, pandemiyadan əvvəl həmkarları ilə bərabər Fransada, Monakoda və digər Avropa ölkələrində konfrans, seminar və toplantılarda iştirak edib.

Qazandığı mükafatlara gəlincə, Sevgi Ekiyor 2019-cu ildə Türkiyədə "İlin ən yaxşı medikal estetik həkimi" nominasiyası üzrə qalib olduğunu söyləyib.

Söhbət əsnasında İstanbulda yerləşən klinikasının fəaliyyətindən söhbət açan tanınmış həkim deyib ki, yaxın gələcəkdə öz mərkəzini Türkiyənin başqa şəhərlərində də açmağı planlaşdırır.

Sevgi Ekiyor vurğulayıb ki, yaxın gələcəkdə Azərbaycanda da tibbi layihələr həyata keçirmək və seminarlar təşkil etmək niyyətindədir.

"Millionaire Concept Network" haqqında fikirlərini izləyicilərlə bölüşən Sevgi Ekiyor platformanı müxtəlif peşələrdə çalışan şəxslər üçün olduqca faydalı hesab edib. Əlavə edib ki, burada işgüzar əlaqələr genişlənir, klubun üzvləri qarşılıqlı əməkdaşlıq edirlər. Nəticədə hər kəs fəaliyyətini daha geniş auditoriyaya təqdim etmək imkanı əldə edir.

Qeyd edək ki, "HereWeAre" layihəsinin rəsmi informasiya dəstəyi Metbuat.az saytıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR