x
Loading...

SON DƏQİQƏ! Erməni hərbçilər Xankəndi, Xocalı və Xocavənddən tamamilə ÇIXARILIR - VİDEO

.

Ermənistan ordusunda müqaviləli hərbi qulluqçularla (MAXE) müqavilələrə xitam verilir.

Metbuat.az xəbər verir ki, bu barədə “medaport” teleqram kanalı yazıb.

Məlumata görə, Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bununla bağlı bildiriş göndərib: “8 yanvar tarixindən etibarən onların müqavilələri ləğv ediləcək”.

Ermənistan Müdafiə Nazirliyindəki mənbə bildirir ki, yeni müqavilələr Qarabağdan çıxarılacaq hərbçilərin müəyyən hissəsi ilə imzalanacaq. Beləliklə, Ermənistan ordusunda hərbi qulluqçuların sayı azalacaq.

Bu, Qarabağda – Xankəndi, XocavəndXocalıda hələ də qalan erməni silahlı birləşmələrinin tezliklə çıxarılacağı deməkdir.

10 noyabrda imzalanan üçtərəfli razılaşmanın 4-cü maddəsində erməni silahlı birləşmələrinin sülhməramlıların yerləşməsinə paralel olaraq çıxarılacağı əksini tapıb. Lakin razılaşmadan iki aya qədər vaxt keçməsinə baxmayaraq, bu hələ də reallaşmır. Rəsmi Bakı bununla bağlı qəti mövqeyini ortaya qoyub və gözləntilərə görə, 11 yanvarda (tarix dəyişə də bilər) Moskvada baş tutacaq Azərbaycan Prezidenti ilə erməni baş nazirinin görüşündə bu məsələ həll olunmalıdır.

“Armenian military portal” teleqram kanalı da bir neçə gün öncə yazırdı ki, yaxın gələcəkdə Ermənistan ordusu Qarabağdan tamamilə çıxarılacaq: “Qarabağda yalnız yerli əhali, sülhməramlılar və az sayda erməni qüvvəsi qalacaq”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR