x
Loading...
.

Bakıda ər arvadını kişi ilə tutdu, yaba ilə döydü və sonra... - TƏFƏRRÜAT

.

Bakının Xəzər rayonunda arvadına xəsarət yetirməkdə ittiham olunan 1982-ci il təvəllüdlü Rauf Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, Rauf Quliyev Türkan qəsəbəsindəki Yeni sahədə yaşadıqları evin həyətində yaba ilə həyat yoldaşı Nuranə Quliyevaya xəsarət yetirib.

Rauf Quliyev barəsində Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Nuranə ilə 2011-ci ildə ailə qurub, üç uşaqları var: “İlk əvvəl ailədə münasibətlərimiz yaxşı olub, daha sonra maddi vəziyyətlə bağlı sıxıntılarımız yaranıb. Nuranəyə işləməyə icazə vermədim. Bundan sonra münaqişələr başlandı.

Nuranənin mobil telefonuna tanımadığım şəxsin mesajını tutanda düşündüm ki, mənə xəyanət edir. Kabel zavodunda işlədiyim üçün iş rejimim 1 həftə gündüz, 1 həftə gecə növbəsindən ibarət idi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, şübhələndiyi üçün arvadını güdməyə başlayıb: “Hadisə baş verən günü gecə hasardan həyətə baxanda tanımadığım bir şəxsin Nuranə ilə birlikdə evdən çıxdığını gördüm. Onun kimliyini müəyyən etmək məqsədi ilə hasardan keçib həyətə daxil oldum.

Yad adam məni gördükdə əlindəki əşya ilə mənə hədə-qorxu gəldi. Həyətyanı sahədə istifadə olunan yabanı götürərək onun üzərinə getdim. Həmin vaxt Nuranə qarşımı kəsərək tanımadığım şəxsin qaçmasına şərait yaratdı. Arvadımın bu hərəkətindən qəzəblənərək yaba ilə əvvəlcə onun sol əlinə vurdum, daha sonra hər iki qolundan və saçından tutaraq döyə-döyə həyətdəki tövləyə saldım. Bu barədə Nuranənin valideynlərinə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nuranə Quliyeva bildirib ki, Rauf mütəmadi olaraq onunla kobud rəftar edib, ailədə münaqişələr yaradıb: “Amma həmişə övladlarımı düşünərək Raufu bağışlamışam, polisə şikayət etməmişəm. Həmçinin Rauf məni daim əxlaqsızlıqda günahlandırıb, mənə şər-böhtan atıb. Sonuncu dəfə hadisə baş verən günü, gecə saatlarında həyətə çıxan zaman Rauf hasardan keçməklə həyətə daxil oldu. O, evdən hansısa bir şəxsin çıxdığını bildirərək məni söyüb təhqir etdi”.

Zərərçəkmişin ifadəsinə görə, bundan sonra Rauf ona şillə-təpik vurub: “Həyətdən yabanı götürdü, mənə zərbə vurmaq istəyərkən sol əlimi ön tərəfə uzatmaqla yabanın qarşısını kəsdim. Daha sonra saçlarımdan tutaraq məni həyətyanı sahədəki tövləyə saldı”.

Nuranə Quliyeva qeyd edib ki, onların arasında münaqişə cəmi bir neçə dəqiqə davam edib: “Hadisə yerində özümüzdən başqa heç kəs olmayıb. Uşaqlarıma görə Raufla barışmışam. Ondan heç bir şikayətim yoxdur”.

Xəzər rayon Məhkəməsinin hökmü ilə zərərçəkmişin təqsirləndirilən şəxslə barışması ilə bağlı cinayət təqibinə xitam verilib.

Rauf Quliyev cinayət məsuliyyətindən azad olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR