Bakı-Qazax yolunda ZƏNCİRVARİ QƏZA:

Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

Metbuat.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bir neçə yük və minik avtomobili, ümumilikdə 6 maşın bir-birinə çırpılaraq qəzaya düşüb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.

İlkin məlumata görə, qəzaya yollarda yaranmış buz səbəb olub.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR