x
Loading...

“Twitter” Trampın hesabını həmişəlik dondurdu - FOTO

.

“Twitter” ABŞ prezidenti Donald Trampın hesabını daimi olaraq dondurub.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkənin özü xəbər yayıb.

“@RealDonaldTrump” hesabının son yazılarını və onu əhatə edən konteksti diqqətlə nəzərdən keçirdikdən sonra şiddətə təhrikin bundan sonra da davam etmə riski səbəbindən hesabı həmişəlik dondurduq. Bu həftənin dəhşətli hadisələri fonunda “Twitter” qaydalarının pozulmasının belə nəticələnə biləcəyini açıq şəkildə bildirmişdik”,- deyə sosial şəbəkənin mesajında bildirilir.

“Twitter” heç bir hesabın qaydalardan daha ali olmadığını və platformanın şiddətə təhrik etmək üçün istifadə edilə bilməyəcəyini xatırladıb.

Məlumatda o da bildirilir ki, “Twitter”də və başqa şəbəkələrdə yanvarın 17-də iğtişaşlar və hücumlara dair təkliflər də daxil olmaqla, gələcəkdə silahlı etiraz planları yayılmağa başlayıb.(Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR