Əli Nağıyev Ermənistan MTX rəhbəri ilə görüşdü -

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan arasında işgüzar görüş keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan MTX rəsmi məlumat yayıb.

Qeyd edilib ki, görüş Ararat bölgəsində neytral sərhəd zonasında baş tutub.

"Görüş zamanı əsirlərin mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib. Bu mövzularda əlaqələr davam edir", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR