SSRİ-də ilk atom bombasının yaradıcılarından biri vəfat etdi

SSRİ-də ilk atom bombasının yaradıcılarından biri olan, Rusiya Elmlər Akademiyasının (RAN) Landau adına Nəzəri Fizika İnstitutunun fəxri direktoru İsaak Xalatnikov 101 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Nauçnaya Rossiya” portalında bildirilib.

“Bu gün səhər saat 10-da məşhur fizik, akademik İsaak Markoviç Xalatnikov ömrünün 102-ci ilində vəfat etdi”, - məlumatda deyilir.

Qeyd edək ki, İ. Xalatnikov 1919-cu il oktyabrın 17-də Ukraynanın Yekaterinoslav şəhərində yəhudi ailəsində anadan olub. O, kosmologiya, kvant elektrodinamikası və s.üzrə işlərin müəllifidir. Lev Landau ilə birgə kvant mayelərinin nəzəriyyəsini yaradıb. Xalatnikov bir sıra medal və ordenlərlə təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR